İstifadə qaydaları

1. İstifadə qaydaları:

1.1 Şərtlər, Xidmət üçün informasiyanı təqdim edən istifadəçilərdə daxil olmaqla, Xidmətin bütün istifadəçilərinə şamil edilir. “Kontent”ə mətnlər, ssenarilər, qrafik təsvirlər, fotoşəkillər, səslər, musiqi, video, audiovizual kombinasiyalar, interaktiv funksiyalar və Xidmətdən istifadə etməklə Sizin nəzərdən keçirə, qəbul edə və təqdim edə biləcəyiniz digər materiallar daxildir.
1.2 COMEDY.AZ Xidmət çərçivəsində Kontenti yerləşdirməyə, saxlamağa və sorğu üzrə Kontentə giriş əldə etməyə imkan verir, həm də COMEDY.AZ bu cür Kontentə hər hansı dəyişikliklər və düzəlişlər etmir.

2. Şərtlərin qəbul edilməsi

2.1 Xidmətdən istifadə etmək üçün Siz Şərtləri qəbul etməlisiniz. Şərtlərlə razı olmadığınız təqdirdə, Sizin Xidmətdən istifadə etmək hüququnuz yoxdur.
2.2 Siz Şərtləri Xidmətdən istifadə etmək vasitəsilə qəbul edirsiniz. Siz, bu andan etibarən COMEDY.AZ -ın Sizin Xidmətdən istifadə etməyinizi Şərtləri qəbul etməyiniz kimi hesab edəcəyini anladığınızı və bununla razı olduğunuzu bildirirsiniz.

3. Şərtlərin dəyişiklikləri

3.1 COMEDY.AZ, Xidmətin təqdim etdiyi funksional imkanların dəyişikliklərinin əks etdirilməsi üçün vaxtaşırı olaraq Şərtlərə dəyişiklik etmək hüququnu özündə saxlayır. Bununla əlaqədar olaraq, Siz müntəzəm olaraq, Şərtlərə edilmiş bu cür dəyişiklikləri yoxlamalısınız. Əgər Siz Dəyişdirilmiş Şərtlərlə razı deyilsinizsə, Xidmətdən istifadəni dayandırmalısınız. Dəyişdirilmiş Şərtlər dərc edildikdən sonra Xidmətdən istifadəyə davam etməyiniz Sizin Dəyişdirilmiş Şərtlərlə razı olduğunuzu bildirəcəkdir.

4. COMEDY.AZ hesabları

4.1 Veb – saytın müəyyən imkanlarına və ya Xidmətin digər elementlərinə girişin əldə edilməsi üçün Siz COMEDY.AZ hesabı yaratmalısınız. Öz hesabınızı yaradarkən, Siz tam və dəqiq informasiyanı təqdim etməlisiniz. Öz COMEDY.AZ hesabınızın şifrəsini etibarlı saxlanmasını təmin etməyiniz vacibdir.
4.2 Siz, Sizin COMEDY.AZ hesabınızdan yerinə yetirilən istənilən hərəkətlərə görə tam məsuliyyət (COMEDY.AZ və digər şəxslər qarşısında) daşıdığınızla razı olduğunuzu bildirirsiniz.

5. İstifadəyə ümumi müddəalar

5.1 Yerinə yetiriləcəkləri təqdirdə bu Şərtlərin Sizin tərəfinizdən pozulması hesab ediləcək aşağıdakı hərəkətləri həyata keçirməyəcəyiniz şərti ilə, COMEDY.AZ bununla Sizə Xidmətə giriş və ondan istifadə icazəsini təqdim edir:
5.2 COMEDY.AZ, Xidmətin təqdim etdiyi funksional imkanların köməyi ilə (məsələn, COMEDY.AZ Pleyeri) bu cür yayılma üçün vasitələr təqdim etmədiyi halda, Siz Veb – saytın və ya Xidmətin bir hissəsini və ya hissələrini, bunlar daxil olmaqla, lakin bunlarla məhdudlaşmayaraq, istənilən Kontenti heç bir daşıyıcıda, COMEDY.AZ - ın razılığı olmadan yaymamağı öz öhdənizə götürürsünüz;
5.3 Siz Veb – saytdan və ya Xidmətlərdən (Veb – saytda şərhlər və elektron poçt funksiyaları da daxil olmaqla) ticarət məqsədləri ilə və ya kommersiya müəssisəsi ilə əlaqədar olaraq kommersiya sifarişlərinin yığılması üçün istifadə etməməyi öz öhdənizə götürürsünüz;
5.4 Siz, Xidmətdən istifadə etdiyiniz müddət ərzində Şərtlərin və COMEDY.AZ-ın bütün qalan müddəalarına daima əməl etməyi öz öhdənizə götürürsünüz.
5.5 COMEDY.AZ öz istifadəçilərinə daha yaxşı imkanlar təqdim etmək üçün öz servislərini daima təkmilləşdirir. Siz, COMEDY.AZ-ın təqdim etdiyi Xidmətin formasının və xarakterinin Sizi əvvəlcədən xəbərdar etmədən dəyişilə biləcəyini təsdiq edirsiniz və bununla razı olduğunuzu bildirirsiz.
5.6 Siz, bu cür daimi təkmilləşdirmə çərçivəsində COMEDY.AZ-ın müstəsna olaraq öz istəyi ilə və Sizə əvvəlcədən xəbərdarlıq göndərmədən, Sizə və bütövlükdə bütün istifadəçilərə Xidmətin (və ya Xidmət çərçivəsində istənilən funksiyaların) təqdim edilməsini dayandıra biləcəyini (daimi və ya müvəqqəti əsasda) təsdiq edirsiniz və bununla razı olduğunuzu bildirirsiz. Siz istənilən zaman Xidmətdən istifadəni dayandıra bilərsiniz. Siz, Xidmətdən istifadəni dayandırmağınız barədə COMEDY.AZ -a xəbərdar etmək məcburiyyətində deyilsiniz.
5.7 Siz razılaşırsınız ki, Siz bu Şərtlərlə nəzərdə tutulmuş öhdəliklərinizin pozulmasına, habelə bu cür pozulmanın nəticələrinə (COMEDY.AZ-a vurula biləcək istənilən itkilər və zərərlər də daxil olmaqla) görə müstəsna məsuliyyət daşıyırsınız (COMEDY.AZ isə Sizin və ya hər hansı üçüncü şəxslərin qarşısında heç bir məsuliyyət daşımır).

6. Müəllif hüquqlarının qorunması siyasəti

6.1 COMEDY.AZ üçüncü şəxslərin müəllif hüquqlarını ehtimala görə pozan Kontent münasibətində müəllif hüquqlarının qorunması siyasətini birmənalı həyata keçirir.
6.2 COMEDY.AZ, müəlliflik hüquqlarının qorunması üzrə öz siyasətinə müvafiq olaraq, istifadəçi sistematik pozucu hesab ediliyi təqdirdə, istifadəçinin Xidmətə girişini dayandıracaqdır. Sistematik pozucu – pozuntuya yol verdiyi barədə iki dəfədən artıq xəbərdarlığın göndərildiyi istifadəçi hesab edilir.
6.3 COMEDY.AZ Sizə xatırladır ki, COMEDY.AZ hesabının sahibi və ya COMEDY.AZ Xidmətinin istifadəçisi qismində Siz, üçüncü tərəfin müəllif hüquqlarını və ya müəllif hüquqları ilə əlaqədar hüquqlarını pozduğunuz və ya Xidmətdən hüquqa-zidd məqsədlərə istifadə etdiyiniz halda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırsınız.

7. Kontent

7.1 COMEDY.AZ hesabının sahibi qismində Siz Kontent təqdim edə bilərsiniz. Siz anlayırsınız ki, dərc edilib edilməməsindən asılı olmayaraq, COMEDY.AZ Kontentin məxfiliyinin qorunmasına zəmanət vermir və Kontentə yüklənilən hər hansısa bir materiala (foto, video, reklam və s.) görə məsuliyyət daşımır.
7.2 Siz öz şəxsi Kontentinizə və onun Veb – saytda yüklənməsinin, yerləşdirilməsinin və ya dərc edilməsinin nəticələrinə görə müstəqil surətdə məsuliyyət daşıdığınızı anlayırsınız və bununla razı olduğunuzu bildirirsiz. COMEDY.AZ hər hansı Kontentə və ya onda ifadə edilmiş istənilən fikrə, tövsiyәyә və ya məsləhətə dəstək göstərmir və müvafiq qanunvericiliyə əsasən bu cür Kontentin məzmununa görə məsuliyyət daşımır.
7.3 Siz, COMEDY.AZ - ın Sizin Kontentdən COMEDY.AZ tərəfindən Xidmətin təqdim edilməsi üçün, habelə Sizin Kontentdən Xidmətlə və bu Şərtlərlə nəzərdə tutulmuş digər üsulla istifadə etməsi üçün tələb olunan bütün zəruri hüquqlara, razılaşdırmalara və icazələrə malik olduğunuza (və Xidmətdən istifadə etdiyiniz müddət ərzində malik olacağınıza) zəmanət verirsiniz.
7.4 Siz, Sizin tərəfinizdən sahib olunması və yayılması hüquqa-zidd olan, yaxud Xidmətin göstərilməsi ilə əlaqədar olaraq COMEDY.AZ tərəfindən istifadə edilməsi, sahib olunması və yayılması hüquqa-zidd ola biləcək materialların olduğu Kontenti yükləməməyi, yerləşdirməməyi və giriş verməməyi öz öhdənizə götürürsünüz.
7.5 Bu Şərtlərin pozulma ehtimalı COMEDY.AZ - a məlum olduğu halda, COMEDY.AZ Kontentin bu Şərtlərdə ifadə edilən tələblərə uyğun olub olmaması haqda qərar qəbul etmək hüququnu özündə saxlayır (lakin öhdəliklər daşımır), habelə bu cür Kontenti kənarlaşdıra və ya istifadəçilərin, bu Şərtləri pozan Kontenti yükləmək üçün girişlərini istənilən an, əvvəlcədən xəbərdarlıq etmədən və müstəsna olaraq öz mülahizəsi əsasında dayandıra bilər.
7.6 Bundan əlavə, Siz, Xidmətdən istifadə edərkən, faktlara uyğun gəlməyən, təhqiredici, ədəbsiz və ya digər tərzdə Sizin etirazınıza səbəb olan Kontentlə qarşılaşa biləcəyinizi anlayırsınız və təsdiq edirsiniz. İstənilən bu cür Kontent barədə Siz, qüvvədə olan qanunvericiliyin yol verdiyi dərəcədə COMEDY.AZ - a qarşı iddialar irəli sürməkdən imtina edirsiniz.
7.7 COMEDY.AZ üçüncü tərəfin Kontentdən istənilən istifadəsinə (qanunu və ya hüquqa-zidd) görə məsuliyyət daşımır.
7.8 COMEDY.AZ və Xidmətin istifadəçiləri Sizin Kontentdən istifadə etmələri barədə Sizə hesabat təqdim etmək məcburiyyətində deyildirlər.

8. Sizin COMEDY.AZ –la münasibətlərinizin sona çatması

8.1 Şərtlər, onlara Sizin tərəfinizdən və ya COMEDY.AZ tərəfindən bundan sonra göstərilmiş qaydada son verilənədək tətbiq edilməyə davam edir.
8.2 Siz, COMEDY.AZ -la əməkdaşlığınıza xitam vermək istədiyiniz təqdirdə, Siz bunu istənilən vaxt COMEDY.AZ-a xəbərdarlıq göndərməklə və Sizin COMEDY.AZ hesabınızın bağlanması yolu ilə həyata keçirə bilərsiniz. Sizin xəbərdarlıq yazılı şəkildə və bu Şərtlərin başlanğıcında göstərilən ünvana göndərilməlidir.

9. Aşağıdakı hallarda COMEDY.AZ Sizinlə əməkdaşlığa istənilən vaxt xitam verə bilər:

9.1 Siz Şərtlərin istənilən müddəasını pozmuşsunuzsa (və ya Sizin davranışınız Şərtlərin müddəalarına əməl etmək niyyətində olmadığınızı və ya əməl etməyə qadir olmadığınızı göstərirsə);
9.2 COMEDY.AZ bunu qanuna uyğun olaraq etmək məcburiyyətindədirsə (məsələn, Xidmətin Sizə təqdim edilməsi hüquqa-ziddirsə və ya hüquqa-zidd olmağa başlayırsa).

10. COMEDY.AZ zəmanət vermir:

10.1 Sizin Xidmətdən istifadəniz Sizin tələbatlarınıza cavab verəcəkdir,
10.2 Sizin Xidmətdən istifadəniz fasiləsiz, vaxtlı- vaxtında, təhlükəsiz və səhvsiz olacaqdır,
10.3 Xidmətdən istifadə etməyiniz nəticəsində Sizin əldə etdiyiniz istənilən informasiya dəqiq və həqiqətə uyğun olacaqdır,
10.4 Xidmət çərçivəsində Sizə təqdim edilən istənilən proqram təminatının istismarında və ya fəaliyyətindəki qüsurlar aradan qaldırılacaqdır.

11. COMEDY.AZ aşağıdakılara görə Sizin qarşınızda məsuliyyət daşımır:

11.1 Sizin məruz qala biləcəyiniz istənilən birbaşa olmayan və dolayı itkilər. Buraya Sizin məruz qaldığınız əldən verilmiş qazanc, kommersiya nüfuzunun itirilməsi və ya məlumatların itirilməsi daxildir;
11.2 Aşağıdakılar nəticəsində Sizin məruz qala biləcəyiniz istənilən itkilər və ya zərərlər:
- Reklamın tamlığını, dəqiqliyini və ya mövcudluğunu güman etdiyiniz istənilən halda və ya Sizinlə reklam verən, yaxud Xidmətdə reklamı təqdim edilən sponsor arasında istənilən münasibətlərin və ya razılaşmaların nəticəsində;
- COMEDY.AZ -ın Xidmətə daxil edə biləcəyi istənilən dəyişikliklər və ya Xidmətin (və ya Xidmət çərçivəsində istənilən imkanların) təqdim edilməsinin istənilən vaxt daimi və ya müvəqqəti dayandırılması;
- Kontentin və Sizin Xidmətdən istifadə etməniz nəticəsində saxlanan və ya ötürülən digər məlumatların silinməsi, korlanması və ya saxlana bilinməməsi;
- Sizin, öz hesabınız barədə COMEDY.AZ -a dəqiq informasiyanı təqdim edə bilməməyiniz;
- Sizin, COMEDY.AZ hesabınızın şifrəsini və ya məlumatlarını məxfi saxlaya bilməməyiniz.