Növbəti


Bayram Axşamı (Tam Film)

2707 baxış
COMEDY AZ
0
Paylaşdı 20 May 2018 / də Film və Animatsiya

Bayram Axşamı tam metrajlı komediya filmidir.

Bir novruz əfsanəsindən bəhs edən bu film Bakıda milli bayramımız olan Novruzun təmtəraqlı surətdə qeyd olunduğu ərəfədə 30 yaşlı şəhər sakininin başına gələn maraqlı hadisələrdən bəhs edir. Uğursuz həyat sürən Bayram məhz bu Novruz bayramında butun uğursuzluqlara son qoymaq əzmindədir. Adət-ənənəyə uyğun olaraq o da arzu tutub tonqaldan atlanır. Dilədiyi arzu isə uşaq kimi problemsiz həyat sürməkdir! Lakin arzudanda arzuya fərq var. Ağlasığmaz vəziyyətə düşmək istəmirsizsə nə arzu etdiyinizə fikir verməlisiz. Yoxsa bizim filmin qəhrəmanı kimi çıxılmaz vəziyyətdə qala bilərsiz. Həyata keçməsini dilədiyi bir arzu onun həm həyatını alt-üst etdi həmdə onun dostlarını,nişanlısını və bütün ətrafındakı insanları şoka saldı. Düşdüyü gülünc və inanılmaz vəziyyətdən isə çıxış yolunu heç kim tapa bilmir. Üstəlik toyuna sayılı günlər qaldığı üçün vəziyyət daha da qəlizləşir. Hər keçən gün onun həyatı daha da çətinləşir.

Buraxılış tarixi: 02.04.2017
Ölkə: Azərbaycan
Janr: Komediya
Müddət: 1 saat 40 dəqiqə
Keyfiyyət: HD
Tərcümə: Azərbaycan

Rejissor:
Toğrul Məmmədov

Senari müəllifi:
Cəmil Məmmədli
Toğrul Məmmədov

Rollarda:
İslam Mehrəliyev
Oksana Rəsulova
Cəmil Məmmədli
Murad Dadaşov
Əkbər Əlizadə
Asya Abdullayeva
Miri Yusif
Firəngiz Mütəllimova


Bayram Axşamı filmi MGP (M Group Production) istehsalıdır.

Daha çox
0 Rəylər sort Sırala

Növbəti